Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda yaralı hərbçilər və onların ailə üzvləri ziyarət edilib

21 sentyabr 2022 | 08:59
20 sentyabr 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən sentyabr ayının 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanmış və hazırda respublikanın müxtəlif şəhər və rayonlarında müalicə alan hərbi qulluqçuların ailə üzvlərini ziyarət edib.
RİH başçısı yaralı hərbçilərimizin səhhəti və qayğıları ilə maraqlanmış, ailə vəziyyəti ilə tanış olmuşdur.
Yaralı hərbi qulluqçuların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər