Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Vətən müharibəsində şəhid olan əkiz qardaşların anım mərasimi keçirilib

24 oktyabr 2022 | 17:09
24 oktyabr 2022-ci il tarixdə Ağdam rayonunun Çullu kəndində Vətən müharibəsində şəhid olan əkiz qardaşların- Tacir və Nazir Allahverdiyev qardaşlarının anım mərasimi keçirilib. Anım mərasimində Şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları, Ağdam Rayon Təhsil sektorunun əməkdaşları, müəllim və şagird heyəti, qazilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Qeyd edək ki, şəhid qardaşlar Allahverdiyev Tacir və Allahverdiyev Nazir Vətən müharibəsi zamanı öz döyüş tapşırıqlarını yerinə yetirən zaman - 24 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar.
Şəhid qardaşlar "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları (ölümlərindən sonra) ilə təltif ediliblər.
Keçidlər