Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Vətən müharibəsi zamanı dağılmış yaşayış sahələrinin əvəzinə inşa edilən evlərin mülkiyyət hüququ rəsmiləşdirilib

27 yanvar 2023 | 15:48
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 27-də Ağdam rayonunun Çəmənli kəndinin və ətraf kəndlərin sakinləri üçün səyyar qeydiyyat xidmətləri göstərilib. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən dinc yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində dağıdılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi aparılıb. Qeyd edək ki, Ağdam rayonunda müvafiq Fərmanın əhatə etdiyi və yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan 283 evin sənədləri ilə bağlı müraciətlər qəbul olunub.
Belə tədbirlər vətəndaşlara heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaka dair çıxarışları əldə etmək imkanı yaradır. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.
Keçidlər