Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş xatirə lövhəsinin açılış mərasimi keçirilib

06 may 2022 | 17:26
Ağdamda Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş xatirə lövhəsinin açılış mərasimi keçirilib
06 may 2022-ci il tarixdə Ağdam Dövlət Sosial- İqtisadi Kollecində Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılış mərasimi baş tutub. Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil almış və Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə yüksəlmiş 6 nəfər Vətən müharibəsi şəhidinin: Anar Yusifovun, Elnur Şirinzadənin, Ramin Zeynalovun, Turan Əliyevin, Munis Abbaslının və Ülvi Həsənovun əziz xatirəsinə inşa edilmiş xatirə lövhəsinin açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, kollecin müəllim və tələbə heyəti iştirak etmişdir.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizin qısa və hər kəs üçün vətənpərvərlik nümunəsi olan həyat yolundan bəhs etmişdir.
Keçidlər