Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Vətən müharibəsi şəhidlərindən və qazilərindən bəhs edən “Vətən bizə oğul dedi” kitabının təqdimat mərasimi keçirilib

02 noyabr 2022 | 16:18

02 noyabr 2022-ci il tarixdə Ağdam Dövlət Sosial-İqtisadi Kollecində iqtisad üzrə elmlər doktoru, professor Natiq Cavadovun ideya müəllifi, əməkdar jurnalist, “Ağdam” qəzetinin baş redaktoru Baxşeyiş Abbasoğlunun redaktoru olduğu və Ağdam Dövlət Sosial-İqtisadi kollecinin Vətən müharibəsində igidlik göstərərək şəhid və qazi olmuş məzunlarına və tələbələrinə həsr edilmiş “Vətən bizə oğul dedi” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Şəhid ailələri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, qazilər, veteranlar, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbə kollektivi, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə kollecin həyətində Vətən müharibəsi şəhidlərinin adına inşa edilmiş xatirə lövhəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Tədbirdə çıxış edən natiqlər oxuculara təqdim olunan “Vətən bizə oğul dedi” kitabı haqqında fikirlərini bölüşərək, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun əldə etdiyi zəfərdə Ağdam Dövlət Sosial-İqtisadi kollecinin tələbələrinin iştirakından və fədakarlıqlarından bəhs etmişlər. Qeyd edək ki, kitabda Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin Vətən müharibəsində iştirak edərək şəhid olmuş 6 məzunu və 24 nəfər müharibə iştirakçısı haqqında yazılar dərc olunmuşdur. Mərasimin sonunda şəhid ailələri və qazilərə “Vətən bizə oğul dedi” kitab hədiyyə edilmişdir.

Keçidlər