Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Vətən Müharibəsi şəhidinin xatirə muzeyinin açılışı olub

11 mart 2023 | 17:41
11 mart 2023-cü il tarixdə Ağdamda Vətən Müharibəsi şəhidi Mehdiyev Rövşən Mehdi oğlunun xatirə muzeyinin açılış mərasimi baş tutub. Mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və din xadimləri iştirak etmişlər. Mərasim iştirakçıları muzeydə yaradılmış şəraitlə tanış olmuş, şəhidin keçdiyi döyüş yolundan və qəhrəmanlığından söhbət açmışlar.
Qeyd edək ki, şəhid Rövşən Mehdiyev 24 oktyabr 2020- cil ildə Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Mehdiyev Rövşən Mehdi oğlu ölkə prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ”Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Daha sonra RİH başçısı Vətən Müharibəsi iştirakçısı Məmmədov Xaliq Dərgah oğlunun evində olmuş, onun qayğıları ilə maraqlanmışdır.
Keçidlər