Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Vətən Müharibəsi şəhidinin doğum günü ailəsi üçün tikilmiş fərdi yaşayış evinin açılış mərasimi olub

10 dekabr 2022 | 17:01
10 dekabr 2022-ci il tarixdə Ağdam rayonunun Çəmənli kəndində Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsi şəhidi Emil Qurbanovun ailəsi üçün tikilmiş 2 otaqlı fərdi yaşayış evinin açılış mərasimi baş tutub. Mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, veteranlar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Emil Rafael oğlu Qurbanov 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olub. O, 44 günlük Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Emil Qurbanov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Keçidlər