Ağdamda Vətən müharibəsi şəhidinin anasının dəfn mərasimi keçirilib
07 sentyabr 2026 | 17:16
07.09.2026-cı il tarixində Ağdamda Vətən müharibəsi şəhidi Qəşəm İbrahimlinin anası Gülçöhrə İsayevanın dəfn mərasimi keçirilib.
Dəfn mərasimində Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim zamanı şəhid ailəsinə dərin hüznlə başsağlığı verilib, mərhumənin əziz xatirəsi ehtiramla yad edilib. Bildirilib ki, şəhid ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub, onların problemlərinin həlli və sosial rifahının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






