Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Vətən müharibəsi iştirakçısı, “Zəfər” ordenli polkovnik Baxşəli Məmmədova həsr edilmiş “Zəfərin albomu” sənədli filminin təqdimatı keçirilib

20 iyun 2022 | 09:23
Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, “Urfansoyfilm”in təşkilatçılığı ilə Elgün Rəhimovun ssenarisi əsasında çəkilmiş, Dövlət Sərhəd Xidmətinin idarə rəisi, “Zəfər” ordenli polkovnik Baxşəli Məmmədova həsr edilmiş “Zəfərin albomu” sənədli filminin təqdimat mərasimi keçirilib.Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, filmin qəhrəmanı və ssenari müəllifi, şəhid ailələri,qazilər, əlillər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Təqdimatdan əvvəl mərasim iştirakçıları şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
“Zəfərin albomu” filminin nümayişindən sonra Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ekran əsəri haqqında fikirlərini bölüşmüş, Vətən müharibəsində əldə olunmuş qələbənin təbliğ olunmasında və gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin müsbət əhəmiyyətindən bəhs etmişdir. Tədbirin sonunda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov fillmin qəhrəmanı Baxşəli Məmmədovu və ssenari müəllifi Elgün Rəhimovu fəxri fəmanla təltif etmişdir.
Keçidlər