Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda vergi ödəyicilərilə görüş keçirilib

12 iyun 2024 | 15:52

12 iyun 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicilərilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, idarənin əməkdaşları və rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan RİH başçısı Vaqif Həsənov iştirakçıları salamlamış, son dövrlərdə vergi sahəsində aparılan islahatlardan bəhs etmişdir. Daha sonra vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, təsərrüfat subyektlərinin və uçot vahidlərinin uçotuna dair tələblər, vergi ödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri barədə məsələlər geniş müzakirə olunub.

Keçidlər