Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda uşaqların və qadınların cinsi zəmində alçaldılması hallarının aradan qaldırılması məqsədilə maarifləndirici tədbir keçirilib

11 iyun 2024 | 12:45
Ağdamda uşaqların və qadınların cinsi zəmində alçaldılması hallarının aradan qaldırılması məqsədilə maarifləndirici tədbir keçirilib
11 iyun 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə uşaqların və qadınların cinsi zəmində alçaldılması hallarının aradan qaldırılması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəqani Nəzərov, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının nümayəndələri, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etmişlər. Tədbirdə uşaqların, qadınların, o cümlədən erkən və məcburi nigahda olan qadınların cinsi zəmində alçaldılması hallarının aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edilmiş, rayonda baş vermiş erkən nigah halları və bu halların aradan qaldırılması məqsədilə müzakirələr aparılmışdır.
Keçidlər