Ağdamda Uşaq Səfirlər Məclisinin tədbiri keçirilib
26 oktyabr 2026 | 15:55
26 oktyabr 2026-cı il tarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində Uşaq Səfirlər Məclisinin təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın dəstəyi ilə tədbir keçirilib.
Tədbirdə Uşaq Səfirlər Məclisinin üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirin əsas məqsədi uşaqların ictimai fəallığının artırılması, hüquqlarının müdafiəsi, liderlik və təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların fikir və təşəbbüslərinin dəstəklənməsi olub.
Tədbir çərçivəsində uşaqların cəmiyyətin ictimai həyatında fəal iştirakının, öz fikirlərini sərbəst ifadə etmələrinin və qərarların qəbul edilməsi prosesində səslərinin eşidilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, uşaqların sağlam, savadlı, vətənpərvər və fəal vətəndaş kimi yetişməsində dövlət qurumları ilə Uşaq Səfirlər Məclisi arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub.






