Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda ümumtəhsil müəssisələrinin işçiləri ilə korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

04 iyun 2026 | 09:39

Ağdam Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin Ağdam rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin işçiləri ilə korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı, təhsil sektorunun müdiri, məktəb direktorları və müəllimlər iştirak ediblər. Tədbir zamanı təhsil sahəsində şəffaflığın artırılması, etik davranış qaydalarına əməl olunması, korrupsiya risklərinin azaldılması və idarəetmədə hesabatlılığın gücləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb. Məktəblərdə şəffaf idarəetmənin təşviqi, rəqəmsal proseslərin tətbiqi, valideyn–məktəb kommunikasiyasının daha açıq qurulması və sui-istifadə hallarının qarşısının alınması ilə bağlı müvafiq tövsiyyələr verilib.

Keçidlər