Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Ümumdünya Statistika Günü münasibətilə tədbir keçirilib

15 oktyabr 2025 | 17:43

15 oktyabr 2025-ci il tarixdə Ağdam rayon Statistika İdarəsində Ümumdünya Statistika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. Çıxış edənlər BMT Statistika Komissiyasının yarandığı 1947-ci ildən sonra Statistika Gününün ilk dəfə 2010-cu ildə qeyd olunmasından, bu il Azərbaycanda rəsmi statistikanın yaradılmasının 105 illiyinin tamam olmasından və bu sahənin inkişafı üçün həyata keçirilən islahatlardan bəhs etmişlər.

Keçidlər