Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

10 may 2022 | 20:30
Ağdamda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
10 may 2022-ci ildə Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra tədbir musiqiçilərin ifasında konsert proqramı ilə davam etdirilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup gəncə vəsiqələr təqdim olunub.
Keçidlər