Ağdamda Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
05 may 2024-cü il tarixdə Ağdam Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların əməkdaşları, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin gedişində Respublikanın xalq artistləri Mənsum İbrahimovun, Elçin Həşimovun, əməkdar artistlər Təyyar Bayramovun, Elnur Əhmədovun, “Gəncləşən Muğam” müsabiqəsinin qaliblərinin, Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir. Konsert proqramının sonunda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Heydər Əliyev Fondunun fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinin inkişafına dəstək göstərməsindən, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirməsindən bəhs edərək tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirmişdir.