Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda təmizlik aksiyası keçirilib

08 iyun 2024 | 10:58

08 iyun 2024-cü il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təmizlik aksiyası keçirilib. Aksiyada Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini İnqilab Kazımov, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr və Ağdam rayon Kommunal Müəssisələr Kombinatının işçiləri iştirak etmişlər. Tədbirin keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Keçidlər