Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda təhsil işçilərinin sentyabr konfransı keçirilib

07 sentyabr 2023 | 18:48

07 sentyabr 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Qarabağ Regional Təhsil idarəsinin müdiri Gündüz Əbdülov, Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov, ümumtəhsil məktəblərinin rəhbərləri və pedoqoji işçilər iştirak etmişlər. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər. Ağdam Muğam Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər təhsilə göstərilən dövlət qayğısından, həyata keçirilən infrastruktur layihələrindən, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılmasına yönələn addımlardan geniş bəhs etmişlər. Daha sonra RİH başçısı Vaqif Həsənov və qonaqlar rayonun Birinci Baharlı köçkün qəsəbəsində inşa edilmiş 432 şagird yerlik Ağdam rayon Birinci Baharlı köçkün qəsəbə tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak etmiş, məktəbdə yaradılan şəraitlə tanış olmuşlar.

Keçidlər