Ağdamda “Tarixin Yaddaşı, İlmələrin Dili” adlı 5-ci fərdi yaradıcılıq sərgisi keçirilib
18 mart 2026 | 18:23
18 mart 2026-cı il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının əməkdar rəssamı Şıxəliyev Adil Həmdulla oğlunun Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tarixin Yaddaşı, İlmələrin Dili” adlı 5-ci fərdi yaradıcılıq sərgisi keçirilib. Sərgidə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Əməkdar rəssam Adil Şıxəliyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, Qalereyanın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Sərgi zamanı rəssamın əl işlərindən ibarət sənət əsərlərinə baxış keçirilmişdir.






