Ağdamda Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü qeyd edilib
05 iyun 2025 | 15:06
05 iyun 2025-ci il tarixdə Ağdamda Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü qeyd edilib. Bu münasibətlə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Hafiz Əzimzadə və idarənin əməkdaşları Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər.