Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda su ehtiyatlarından səmərəli istifadəyə dair tədbir keçirilib

18 noyabr 2026 | 17:51

18 noyabr 2026-cı il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasında cənab Prezident İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icra vəziyyəti müzakirə olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumlarının nümayəndələri, 9 saylı Regional Ekologoya və Təbii Sərvətlər idarəsinin əməkdaşları, bələdiyyələr və sahibkarlar iştirak ediblər. Görüşdə Su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılması və Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi, içməli su təchizatında su itkilərinin qarşısının alınması, iqtisadi rayonlar və hövzələr üzrə su infrastrukturunun (içməli su və suvarma suyu təchizatı, enerji istehsalı və digər sahələr) genişləndirilməsi və yenidən qurulması istiqamətində inkişaf planlarının hazırlanması, inzibati ərazi vahidləri üzrə içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin genişləndirilməsi, sudan səmərəli və qənaətli istifadə olunmasında istehlakçıların iştirakının təşviqi, su və su təsərrüfatı obyektlərinə qanunsuz müdaxiləyə və sudan qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi mövzuları müzakirə edilib.

Keçidlər