Ağdamda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli Sərəncamının icrası ilə əlaqədar tədbir keçirilib
12 sentyabr 2025-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasında “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli Sərəncamının müvafiq bədlərinin 9.3.3.6-cı qış otlaq sahələrinin su təminatı sistemlərinin təkmilləşdirilməsi və qış otlaqlarında fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarının tələbatına uyğunlaşdırılması, 9.3.4.1-ci sudan səmərəli və qənaətli istifadə olunmasında istehlakçıların iştirakının təşviqi, 9.3.4.2-ci su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi, 9.3.4.3-cü müasir suvarma texnologiyalarından istifadənin genişləndirilməsinin təşviqi, 9.4.2.1-ci su və su təsərrüfatı obyektlərinə qanunsuz müdaxiləyə və sudan qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, 9.4.3.3-cü innovativ sutəmizləmə və zərərsizləşdirmə texnologiyalarından istifadənin genişləndirilməsi, 9.4.5.2-ci sel və daşqın hadisələrindən mühafizə tədbirlərinin genişləndirilməsinin icra vəziyyəti ilə əlaqədar olaraq Rayon İcra Hakimiyyəti əməkdaşlarının, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin, 9 saylı Regional Ekologoya və Təbii Sərvətlər idarəsinin, bələdiyyələrin və sahibkarların iştirakı ilə tədbir keçirilmişdir.






