Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda şəhidlərin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub

16 may 2022 | 18:30
Ağdamda şəhidlərin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub
Ağdam rayonunun Evoğlu kəndində Birinci Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
Mərasimdə şəhidlərin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, kənd sakinləri və məktəblilər iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidlərimizin gənclərə nümunə olan şərəfli ömür yolundan danışılıb. Cıxışlardan sonra abidə kompleksinin önünə gül-çiçək dəstələri düzülərək şəhidlərin xatirəsi yad edilmişdir.
Keçidlər