Ağdamda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşdırılması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görülməsi ilə bağlı tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağdam rayonu ərazisində daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşdırılması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görülməsi (mövcud parkların, tarix və mədəniyyət abidələrinin ərazisində və yaxın ərazilərdə abadlıq işləri, küçə və ictimai məkanların yenidən qurulması, yaşıllıq zolaqlarının (o cümlədən yolkənarı ərazilərdə) salınması və s.) ilə bağlı Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin, RİH Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, yerli bələdiyyələrin və digər qurumların nümayəndələri iştirak etmişdir. Tədbirdə “Şəhərsalma və Memarlıq İli” ilə bağlı təsdiq edilmiş 2026-cı il üçün xüsusi Tədbirlər Planı çərçivəsində rayonda görülmüş işlər və qarşıda duran mühüm məsələlər müzakirə edilmişdir.






