Ağdamda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq işləri həyata keçirilib
24 iyun 2026 | 16:19
Ağdamda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq işləri həyata keçirilib. Belə ki, rayonun Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində, Qurban Primov küçəsində və Quzanlı-Xındırıstan avtomobil yolunda müasir standartlara uyğun qaydada yol nişanlanma xəttləri, piyada keçidləri yenilənmişdir. Yol boyu abadlıq işləri aparılmış, yol kənarlarında və parklarda otuz minə qədər maralbuynuz və digər dekorativ bəzək kolu əkilmiş və yaşıllıq zolağının yaradılması məqsədilə əkilmiş ağaclara qulluq göstərilərək ərazidə təmizlik işləri aparılmışdır.






