Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 12-ci ildönümü münasibətilə dəyirmi masa təşkil edilib

13 fevral 2024 | 16:44

13 fevral 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 12-ci ildönümü münasibətilə dəyirmi masa təşkil edilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin mərkəzi meydanda ucaldımış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin açılmasından, müasir dövlətimizin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin başladığı işləri davam və geniş miqyasda inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin döyüş qabiliyyətini ən yüksək səviyyəyə çatdırmaq üçün qətiyyətli və əməli addımlar atmasından, 13 fevral 2012-ci il tarixli fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmasından, Xidmətin yaradılması nəticəsində xalq ordu birliyinin daha da möhkəmlənməsindən, gənclərin orduya çağrılmasından və onların milli dövlətçilik ənənələrinə bağlılığının artmasından söhbət açmışlar. Tədbirin sonunda bir qrup şəxs gənclərə vətənpərvərlik ruhunun aşılanmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanlarla təltif edilib.

Keçidlər