Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Qurban Bayramı qeyd edilib

06 iyun 2025 | 15:46

06 iyun 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qurbanlıq heyvanların kəsimi həyata keçirilib. Rayonun məscidlərində xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb. Sonra bayram namazı qılınıb və qurbanlıq heyvanlar kəsilib. Qurban Bayramı münasibətilə sanitariya qaydalarına uyğun olaraq kəsilən heyvanlar paylaşdırılaraq rayon ərazisində yaşayan şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə verilmişdir.

Keçidlər