Ağdamda qəsəbədaxili yollar əsaslı təmir olunur
27 may 2023 | 16:45
Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəsaiti ilə rayonun Birinci Baharlı köçkün qəsəbəsinin daxili yollarında əsaslı təmir işləri aparılır. Qəsəbadaxili yolun uzunluğu 1.8 km olan hissəsinə asfalt örtüyü döşənir.