Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Qarabağ müharibəsi şəhidi Toğrul Məmmədovun xatirəsinə həsr olunmuş “Qeyrət təcəssümü” adlı kitabın təqdimat mərasimi keçirilib

12 yanvar 2023 | 17:41

12 yanvar 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Manya Səxavətqızının müəllifi olduğu və Azərbaycan ordusunun zabiti, Qarabağ müharibəsi şəhidi Toğrul Məmmədovun xatirəsinə həsr olunmuş “Qeyrət təcəssümü” adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. “Azərbaycan Bayrağı” ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun moderatorluğu ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Təqdimat mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər qəhrəmanın döyüş yolundan, cəbhənin Ağdam istiqamətində göstərdiyi qəhrəmanlıqlardan geniş bəhs etmişlər. Sonda kitabın müəllifi çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirmişdir.

Keçidlər