Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

01 oktyabr 2022 | 18:00

1 Oktyabr 2022-ci il tarixdə Ağdam rayonunda 1 Oktyabr – Azərbaycan Respublikasının Prokurorluğu İşçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon prokurorluğunun əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksini, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarları üzərinə gül dəstələri düzmüşlər.

Keçidlər