Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Peşə Təhsilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

01 iyun 2023 | 15:14
01 iyun 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və 2 saylı Ağdam Peşə məktəbinin birgə təşkilatçılığı ilə “Peşə Təhsilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib. “Heydər Əliyev ili” çərçivəsində baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və peşə məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmiş abidəsi ziyarət edilmiş, önünə tər gül dəstələri düzülmüşdür. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində peşə məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra konfrans iştirakçılarına Ulu öndərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər respublikamızda təhsilin bütün sahələri kimi peşə təhsilinin də inkişafının Heydər Əliyevin adı ilə bağlı olmasından, Ulu öndərin diqqəti və qayğısı nəticəsində Azərbaycanda peşə təhsili müəssisələrinin tədris-maddi bazasının genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində çox ciddi işlər görülməsindən bəhs etmişlər.
Keçidlər