Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda pambıq yığımına başlanılıb

15 oktyabr 2025 | 17:42
Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov və YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev “Prime Cotton” MMC-nin yerli rəhbərliyi, sahibkarlar və rayon ağsaqqalları ilə birgə Əhmədağalı kəndində fermer Elşad Şəmmədovun pambıq tarlasına baxış keçiriblər.
Qeyd edək ki, bu il Ağdam rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 2471,3 hektar sahədə pambıq əkilib.
Bunun da 1248,9 hektarı “Prime Cotton” MMC ilə, 352,44 hektarı “Azərpambıq” MMC ilə, 800 hektarı “P-Agro” MMC ilə , 70,0 hektarı isə digər şirkət ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Hava şəraitindən asılı olaraq pambıq yığımının operativ, itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.
Bununla da rayon ərazisində pambıq yığımına başlanılmışdır.
Keçidlər