Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə bağlı əhalinin hazırlıq səviyyəsinin artırılması məqsədilə maarifləndirmə tədbirləri aparılıb.

09 aprel 2026 | 17:59

Ağdam Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən ərazidə yaşayan vətəndaşlarla nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə bağlı əhalinin hazırlıq səviyyəsinin artırılması məqsədilə maarifləndirmə tədbirləri aparılıb.

Görüşlər zamanı vətəndaşlara təhlükənin növü, təsirə məruz qalan ərazilər, ilkin davranış qaydaları, mülki müdafiə sığınacaqlarının yerləşdiyi yerlər, təhlükəsiz və təxliyə marşrutları, toplanış məntəqələri, tibbi və psixoloji yardım məntəqələri barədə məlumat verilib.

Nümayəndəliklər tərəfindən vətəndaşlara bildirilib ki, nüvə və digər kütləvi qırğın silahının tətbiqi təhlükəsi yarandığı halda əhali media və telekommunikasiya vasitələri ilə dərhal məlumatlandırılacaq.

Həmçinin baş vermiş hadisələrin nəticələri və onların aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə əhaliyə mütəmadi olaraq tam və obyektiv məlumat təqdim ediləcək.

Keçidlər