Ağdamda Mülki Müdafiə qərargahının nümunəvi Mülki Müdafiə məşqi keçirilib
14 fevral 2023 | 12:18
14 fevral 2023-cü il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Avtovağzal kompleksinin ərazisində Ağdam rayon Mülki Müdafiə qərargahının və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə nümunəvi Mülki Müdafiə məşqi keçirilib. Rayon Fövqəladə Hallar komissiyasının, idarə və təşkilatların fövqəladə hallar komissiyalarının və mülki müdafiə dəstələrinin iştirakı ilə baş tutan tədbirdə qurumların fövqəladə hallar zamanı göstərəcəyi fəaliyyət istiqamətlərinə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən baxış keçirilmişdir.