Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

17 may 2022 | 17:55
Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Hidayət Eldar oğlu Rüstəmovun xatirəsinə həsr olunmuş, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən çəkilmiş qısametrajlı "Mir Paşa" sənədli filminin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə "Şəhidlər" abidə kompleksini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
Təqdimat mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər qəhrəmanın döyüş yolundan bəhs etmiş, film haqqında fikirlərini bölüşmüşlər.
Keçidlər