Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Milli Məclisin deputatı Ağalar Vəliyev yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlərlə və əlaçı şagirdlərlə görüşüb

12 sentyabr 2023 | 18:23

12 sentyabr 2023-ci il tarixdə Milli Məclisin deputatı Ağalar Vəliyev rayonun şəhid ailələri, qabaqcıl təhsil işçiləri, 2022-2023-cü tədris ilində uğur qazanmış əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərlə görüşüb. Ağdam Muğam Mərkəzində təşkil olunmuş tədbirdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Ağalar Vəliyev, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, aparatın əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsi Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov, qabaqcıl təhsil işçiləri, əlaçı şagirdlər, yüksək balla ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlər, onların valideynləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, ruhuna ehtiramlarını bildirmişlər. Ağdam Muğam Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, millət vəkili Ağalar Vəliyev və digər natiqlər ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən təhsil siyasətindən, bu sahədə görülən işlərdən danışmış, Ağdam məktəblilərinin qazandığı uğurlardan bəhs etmişlər. Qeyd edilmişdir ki, 2022-2023-ci tədris ilində rayon üzrə 11-ci sinifi bitirmiş 1641 nəfər məzundan 1502 nəfəri ali məktəblərə sənəd vermişdir ki, onlardan 736 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Bu da rayon üzrə ümumi olaraq məzunların 48.7%-ni təşkil edir. Məzunlardan 53 nəfəri 500-dən yuxarı, 17 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Tədbirin sonunda bir qrup müəllim, əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlər millət vəkili Ağalar Vəliyev tərəfindən mükafatlandırılmışdır.

Keçidlər