Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Milli Məclisin deputatı Ağalar Vəliyev yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlərlə görüşüb

09 sentyabr 2022 | 16:56

09 sentyabr 2022-ci il tarixdə Milli Məclisin deputatı Ağalar Vəliyev rayonun şəhid ailələri, qabaqcıl təhsil işçiləri, 2021-2022-ci tədris ilində uğur qazanmış əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərlə görüşüb. Ağdam Muğam Mərkəzində təşkil olunmuş tədbirdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Ağalar Vəliyev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, aparatın əməkdaşları, rayonun qabaqcıl təhsil işçiləri, əlaçı şagirdlər, yüksək balla ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlər, onların valideynləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini və Şəhidlər xiyabanını ziyarət etmiş, onların ruhuna dualar oxumuşlar. Ağdam Muğam Mərkəzində davam edən tədbir dövlət himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən natiqlər ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən təhsil siyasətindən, bu sahədə görülən işlərdən danışmış, Ağdam məktəblilərinin qazandığı uğurlardan bəhs etmişlər. Tədbirin sonunda bir qrup müəllim, əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlər millət vəkili Ağalar Vəliyev tərəfindən mükafatlandırılmışdır.

Keçidlər