Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Millət vəkili, yazıçı, publisist Aqil Abbasın yaradıcılıq gecəsi təşkil edilib

20 aprel 2024 | 18:42
Ağdamda Millət vəkili, yazıçı, publisist Aqil Abbasın yaradıcılıq gecəsi təşkil edilib
20 aprel 2024-cü il tarixdə Ağdam Muğam Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Millət vəkili, yazıçı, publisist Aqil Abbasın yaradıcılıq gecəsi təşkil edilib. Azərbaycan Respublikasının əməkdar artisti, bədii qiraət ustası Azad Şükürovun moderatorluğu ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Aqil Abbasın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, yazıçı, publisist Seyran Səxavət, Vaqif Bəhmənli və digər natiqlər Aqil Abbasın yaradıcılığından, siyasi və ədəbi fəaliyyətindən geniş söhbət açmışlar. Tədbirin gedişində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın xalq artisti Mənsum İbrahimovun, əməkdar artistlər Fehruz Səxavətin, Təyyar Bayramovun və Səbuhi İbayevin ifasında rəngarəng musiqi nömrələri, Ağdam Dövlət Dram Teatrının aktyorları tərəfindən hazırlanmış səhnəcik iştirakçılara təqdim edilmişdir.Tədbirdə səbəbkarın müəllifi olduğu kitablara baxış keçirilmiş və müəllifin özü tərəfindən iştirakçılara hədiyyə edilmişdir. Sonda Milli Məclisin deputatı Aqil Abbas çıxış edərək tədbirin təşkilatçılarına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir.
Keçidlər