Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələn əsas məsələ və vəzifələrə həsr olunmuş tədbir təşkil olunub

24 aprel 2026 | 14:16
24 aprel 2026-ci il tarixdə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsdə “Şəhərsalma və Memarlıq ili”çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələn əsas məsələ və vəzifələrə həsr olunmuş tədbir təşkil olunub.
Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyətinin, Ağdam Rayon Prokurorluğunun və Ağdam Rayon Məhkəməsinin əməkdaşları iştirak etmişlər.
Çıxış edən natiqlər bu sahədə mövcud olan qanunvericilik aktları və həyata keçirilən kompleks tədbirlər barədə iştirakçılara ətraflı məlumat veriblər.
Keçidlər