Ağdamda “Konstitusiya və Suverenlik İli” və Ümumrespublika "Təmizlik Marafonu" çərçivəsində təmizlik aksiyası keçirilib
26 sentyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” və Ümumrespublika "Təmizlik Marafonu" çərçivəsində 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə Ağdam Rayon İcra Hakimiyyətinin, Ağdam rayon Kommunal Müəssisələr Kombinatının, 41 nömrəli Yol İstismarı İdarəsinin, Ağdam rayon Quzanlı bələdiyyəsinin və kənd sakinlərinin iştirakı ilə Ağdam rayon İmamqulubəyli kəndi ərazisindən keçən Xaçın çayının sağ sahilində təmizlik aksiyası keçirilmişdir. Təmizlik aksiyası zamanı pərakəndə şəkildə atılmış 210 kq tullantı xüsusi ayrılmış nəqliyyat vasitəsinə yığılaraq zərərsizləşdirilməsi üçün rayon poliqonuna daşınmışdır. Ümumilikdə 48 nəfərin iştirakı ilə keçirilən təmizlik aksiyası zamanı iştirakçılarla "Məişət tullantılarının idarə edilməsi" mövzusunda maarifləndirici söhbət aparılmışdır.






