Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil edilib

17 oktyabr 2025 | 14:46
17 oktyabr 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil edilib. Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamənin qəbul edilməsindən, Milli Məclisin 2022-ci il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyərək mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan olunmasından bəhs etmişlər.
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər