Ağdamda “Kənd Təsərrüfatı İşçiləri Günü” qeyd edilib
01 noyabr 2022-ci il tarixdə Ağdamda “Kənd Təsərrüfatı İşçiləri Günü” qeyd edilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru və əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, ruhuna ehtiramlarını ifadə ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Ağdam rayonunda da iqtisadiyyatın digər sahələri ilə yanaşı kənd təsərrüfatı da inkişaf etməkdədir. Kənd Təsərrüfatına dövlət dəstəyinin artırılması məqsədilə ölkə rəhbəri tərəfindən imzalanmış fərman və sərəncamların uğurla icra edilməsi nəticəsində bugün ölkəmizdə və eləcə də Ağdam rayonunda kənd təsərrüfatı dinamik və davamlı inkişaf etməkdədir. Tədbirin sonunda RİH başçısı Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivini təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır.