Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Kənd Qadınlarının Məhsul Bayramı” festivalı təşkil edilib

19 sentyabr 2023 | 14:45

19 sentyabr 2023-cü il tarixdə Quzanlı qəsəbəsində Ağdam Muğam Mərkəzinin qarşısında “Kənd Qadınlarının Məhsul Bayramı” festivalı təşkil edilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Kənd Qadınları Assosiasiyası” İctimai Birliyi tərəfindən təşkil edilən və qadın qruplarının nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Ağdam Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, İctimai Birliyin sədri Gülbəniz Qənbərova, birliyin tərkibində olan qadın qruplarının nümayəndələri və qəsəbə sakinləri iştirak etmişlər. Tədbirdə çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər layihənin əhəmiyyətindən, qadın kooperativləri, fermer və sahibkar kənd qadınlarına göstərilən dövlət qayğısından bəhs etmişlər. Daha sonra qadın kooperativlərinin istehsal etdikləri məhsulların sərgisinə baxış keçirilmişdir.

Keçidlər