Ağdamda istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğinə həsr edilmiş tədbir keçirilib
16 aprel 2025 | 14:58
16 aprel 2025-ci il tarixdə Ağdam rayonunda istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Tədbirin keçirilməsinin əsas məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və asudə vaxtının səmərəli istifadəsini təşkil edilməsidir.