Ağdamda işəgötürənlərlə görüş təşkil olunub
16 dekabr 2022 | 19:23
16 dekabr 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı tərəfindən Rayon İcra Hakimiyyəti ilə birgə işəgötürənlərlə görüş təşkil olunub. Görüşdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının rəhbərliyi və işəgötürənlər iştirak ediblər.
Qeyd edək ki, görüşdə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perespektivləri müzakirə edilib.