Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda İnsan Hüquqları Aylığı çərçivəsində “Uşaq hüquqları” mövzusunda ictimai dinləmə keçirilib

10 iyun 2026 | 17:58

Ağdam Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 9 iyun 2026-cı il tarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində İnsan Hüquqları Aylığı çərçivəsində “Uşaq hüquqları” mövzusunda ictimai dinləmə keçirilib. İnteraktiv formada keçirilən ictimai dinləmədə uşaq hüquqları sahəsində qanunvericiliyə edilmiş son dəyişikliklər iştirakçıların diqqətinə çatdırılıb, dəyişikliklərin mahiyyəti, tətbiq mexanizmləri və uşaqların hüquq və mənafelərinin daha etibarlı müdafiəsinə yönəlmiş müddəalar barədə ətraflı məlumat verilib. İctimai dinləmə zamanı uşaqların hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb, qanunvericilikdə edilmiş dəyişikliklərin uşaqların rifahının yüksəldilməsinə, təhlükəsiz mühitdə inkişafının təmin olunmasına və hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsinə xidmət etdiyi qeyd edilib. Həmçinin iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb

Keçidlər