Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Heydər Əliyev Respublika veteranlar təşkilatının yaradıcısıdır” mövzusunda konfrans keçirilib

29 mart 2023 | 17:39

29 mart 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının Ağdam rayon şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev Respublika veteranlar təşkilatının yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Konfransda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, müharibə veteranları, qazilər, ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Heydər Əliyev ili” çərçivəsində təşkil edilmiş konfransda çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi veteran hərəkatının inkişafında göstərdiyi xidmətlərdən, veteran təşkilatlarının yaradılmasından, 1994-cü ildə “Veteranlar haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsindən, onlara dövlət qayğısının artırılmasından, müharibə, əmək və silahlı qüvvələr veteranlarının təşkilatlanmasından geniş söhbət açmışlar. Tədbirin sonunda Ulu Öndərin ordu quruculuğundakı xidmətlərindən bəhs edən videoçarx iştirakçılara nümayiş etdirildi.

Keçidlər