Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Heydər Əliyev ili” çərçivəsində ““Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa təşkil edilib

14 sentyabr 2023 | 19:00

14 sentyabr 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev mərkəzində “Heydər Əliyev ili” çərçivəsində ““Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər. Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər böyük siyasi xadim Heydər Əliyevin balanslaşdırılmış siyasəti nəticəsində 20 sentyabr 1994-cü ildə gerçəkləşmiş “Əsrin müqaviləsi”nin imzalanmasında dünyanın ən məşhur neft şirkətlərinin iştirak etməsindən, "Yeni neft strategiyası" və doktrinasının əsasının qoyulmasından, bu müqavilədən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsinin regional deyil, qlobal bir məsələyə çevrilməsindən, Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsinin 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasına təsirindən bəhs etmişlər.

Keçidlər