Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

28 aprel 2023 | 16:05

28 aprel 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və tibb işçiləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etməsindən, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsində və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işində xüsusi diqqətindən, zəngin mənəviyyata sahib mənalı ömür yolundan geniş bəhs etmişlər.

Keçidlər