Ağdamda ”Fiziki aktivliyə” dair hazırlanmış materiallar əsasında insanlarla maarifləndirici söhbətlər aparılmışdır
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında imzaladığı 3378 nömrəli Sərəncamının 3.3.7.3-cü (Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici materialların (bukletlər, plakatlar, kitabçalar, sosial çarxlar və s.) hazırlanması və paylanması (o cümlədən ilkin səhiyyə xidməti göstərən müəssisələr, KİV və sosial şəbəkələr vasitəsilə)) bəndinin icrası ilə bağlı Ağdam Rayon İcra Hakimiyyəti və Qarabag Regional Gənclər və İdman İdarəsinin Ağdam Rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə ”Fiziki aktivliyə” dair hazırlanmış maarifləndirici materiallar əsasən işləyən əhaliyə təqdim olunmuş və maarifləndirici söhbətlər aparılmışdır.